Əlif. Ləm. Ra.1 (Bu,) Hikmət sahibi, (hər şeydən) Xəbərdar (olan Allah) tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır.
Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək (ölüm sizə gələnədək) gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər (Ondan) üz çevirsəniz, (bilin ki,) mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram.
Bilin ki, onlar ürəklərindəki küfrü Allahdan gizlətmək üçün sinələrini bükürlər. Agah olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, sinələrdə olanları biləndir.
Yer üzündə olan bütün canlıların ruzisi yalnız Allaha aiddir. Allah onların (dünyada) qərar tutduqları yeri də, (öldükdən sonra) qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın kitabdadır (Lövhi-məhfuzdadır).
وهو الذي خلق السماوات والارض في ستة ايام وكان عرشه على الماء ليبلوكم ايكم احسن عملا ولين قلت انكم مبعوثون من بعد الموت ليقولن الذين كفروا ان هاذا الا سحر مبين ٧
Ərşi su üzərində ikən, hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur. Əgər sən: “Siz öldükdən sonra diriləcəksiniz!”– desən, mütləq kafir olanlar: “Bu, açıq-aydın bir sehrdir!”– deyərlər.
Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək, mütləq: “Onu yubadan nədir?”– deyəcəklər. Bilin ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri o əzab onları bürüyəcəkdir.
(Ey Muhamməd) Onların: “Nə üçün ona bir xəzinə endirilməyib, yaxud onunla bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi qoruyandır.
Yoxsa onlar: “(Muhamməd) onu (Quranı) özündən uydurdumu?!”– deyirlər. De: “Əgər doğru söyləyirsinizsə, ona bənzər uydurulmuş on surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, (köməyə) çağırın!”
Əgər sizə cavab verməsələr, bilin ki, o (Quran) ancaq Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Siz müsəlman olacaqsınızmı?
افمن كان على بينة من ربه ويتلوه شاهد منه ومن قبله كتاب موسى اماما ورحمة اولايك يومنون به ومن يكفر به من الاحزاب فالنار موعده فلا تك في مرية منه انه الحق من ربك ولاكن اكثر الناس لا يومنون ١٧
Məgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Ondan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl rəhbər və mərhəmət olmuş Musanın Kitabını (təsdiqlədiyi) kimsə (kafirə tay ola bilərmi)? Onlar (Müsəlmanlar) ona (Qurana) iman gətirirlər. Onu inkar edən firqələrin vəd olunduğu yer oddur. Sənin isə (Qurana) heç bir şübhən olmasın. Çünki bu, sənin Rəbbindən gələn haqdır, lakin insanların əksəriyyəti (buna) inanmaz.
Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər (mələklər və peyğəmbərlər): “Bunlar Rəbbinə iftira yaxanlardır”– deyəcəklər. Bilin ki, Allahın lənəti zalımların üzərindədir!
Onlar yer üzündə (Allahdan) yaxa qurtara bilməyəcəklər. Onların Allahdan başqa himayədarları da yoxdur. Onların əzabı qat-qat artırılar. Çünki onlar (haqqı) eşidə bilmirdilər və görmürdülər.
Bu iki zümrənin (kafirlərin və möminlərin) halı korla karın, görənlə eşidənin halına bənzəyir. Onların halı eyni ola bilərmi?! Məgər düşünüb ibrət almırsınız?!
(Nuhun) qövmünün kafir zadəganları dedilər: “Biz səni özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq aşağı təbəqədən olan ən rəzil kimsələrin sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı olduğunuzu zənn edirik”.
(Nuh) dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözünüzə görünməyən bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Yoxsa siz onu görmək istəməyib kor qaldığınız bir halda, biz sizi ona (inanmağa) məcburmu edəcəyik?
Ey qövmüm! Mən buna görə sizdən var-dövlət istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Çünki onlar Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizin cahil bir toplum olduğunuzu görürəm.
ولا اقول لكم عندي خزاين الله ولا اعلم الغيب ولا اقول اني ملك ولا اقول للذين تزدري اعينكم لن يوتيهم الله خيرا الله اعلم بما في انفسهم اني اذا لمن الظالمين ٣١
Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mən mələyəm. Mən sizin xor baxdığınız kəslərə, Allah onlara əsla xeyir verməyəcəyini də demirəm. Onların qəlblərində olanı Allah daha yaxşı bilir. (Əgər bu sözləri söyləsəm) şübhəsiz ki, zalımlardan olaram”.
Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə, nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və Ona da qaytarılacaqsınız”.
Yoxsa onlar: “(Muhamməd) onu özündən uydurdu!”– deyirlər. De: “Əgər mən onu özümdən uydurmuşamsa, günahı mənim üzərimədir. Mən sizin etdiyiniz günahlardan uzağam”.
Nuha belə vəhy olundu: “Qövmündən, daha əvvəl iman gətirənlər müstəsna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə.
(Nuh) gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə ona istehza edirdilər. (Nuh) isə deyirdi: “Əgər siz bizə istehza edirsinizsə, biz də sizi, siz bizə istehza etdiyiniz kimi istehza edəcəyik.
Nəhayət, əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman Biz (Nuha) dedik: “Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər müstəsna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. (Lakin,) onunla birlikdə az adam iman gətirmişdi.
Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh (gəmidən) kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə (gəmiyə) min, kafirlərdən olma!”
(Oğlu) dedi: “Mən dağa sığınacağam, o da məni sudan qoruyacaq!” (Nuh) dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” (Sonda) dalğa onları bir-birindən ayırdı və o, suda qərq olanlardan oldu.
(Allah tərəfindən belə) deyildi: “Ey yer, suyunu ud! Ey göy, (yağışını) saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qərar tutdu və (sonra): “Məhv olsun zalımlar!”– deyildi.
Allah buyurdu: “Ey Nuh! O, sənin ailəndən deyildi. Çünki bu, (onun küfr etməsi və ya sənin onun xilas olması üçün kömək diləməyin) pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”.
(Sonra) deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə (gəmidən) en! Özlərinə bir müddət güzəran verəcəyimiz, sonra da Öz tərəfimizdən ağrılı-acılı bir əzaba düçar edəcəyimiz ümmətlər də olacaqdır”.
Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin qövmün bilirdi. Səbir et! Şübhəsiz ki, (gözəl) aqibət müttəqilərindir.
Ad qövmünə də qardaşları Hudu (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Siz ancaq iftira yaxırsınız.
Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bol bol yağış yağdırsın və gücünüzü daha da artırsın. (Dəvətimdən) günahkarcasına üz çevirməyin”.
Biz: "İlahlarımız səni bəlaya düçar etmişdir" deməkdən başqa bir söz deyə bilmərik. (Hud) dedi: “Mən Allahı şahid tuturam, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam.
Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır (ədalətlə hökm verir).
Əgər (haqdan) üz çevirsəniz, (bilin ki,) mənə əmr olunanı sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir qövm gətirər və siz Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edəndir”.
Onlar həm bu dünyada, həm də Qiyamət günündə lənətə düçar oldular. Bilin ki, Ad qövmü Rəbbinə küfür etdi. Bilin ki, Hudun qövmü Ad (Allahın mərhəmətindən) qovuldu!
Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadətə layiq olan) məbudunuz yoxdur. O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim yaxındır, (dua edənlərin çağırışına) cavab verəndir”.
Onlar dedilər: “Ey Saleh! Sən bundan öncə aramızda (böyüyümüz olmağa) ümid edilən bir kimsə idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən?! Doğrusu, biz sənin bizləri dəvət etdiyin (tövhid) barəsində şəkk-şübhə içindəyik”.
(Saleh) dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, (bundan sonra) mən Ona asi olsam, məni Ondan kim qoruya bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız.
Ey qövmüm! Allahın (qayadan çıxartdığı) bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın onu Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi yaxın bir əzab yaxalayar”.
Əmrimiz gəldikdə Salehi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə (əzabdan) və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin Qüvvətlidir, Qüdrətlidir.
Elçilərimiz (mələklər) İbrahimə (İshaqın doğulacağı barədə) müjdə gətirdilər və: “Salam!”– dedilər. O da: “Salam!”– dedi və dərhal (gedib onlara) qızardılmış bir buzov gətirdi.
(İbrahim qonaqların) yeməyə əl vurmadıqlarını gördükdə onların bu hərəkəti onu təəccübləndirdi və canına qorxu düşdü. Onlar dedilər: “Qorxma! Biz Lut qövmünə (onları məhv emək üçün) göndərilmişik”.
(Mələklər) dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üzərinizdədir! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir”.
Qövmü tələsik onun yanına gəldi. Onlar əvvəllər də pis işlər görürdülər. (Lut) dedi: “Ey qövmüm! Bunlar (ümmətimin qadınları) mənim qızlarımdır (onlarla evlənə bilərsiniz). Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda sizə nəsihət edə biləcək ağıllı bir kimsə yoxdurmu?”
(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Qoy içinizdən heç kəs dönüb geri baxmasın. Yalnız arvadın müstəsnadır. Onları yaxalayacaq əzab, onu da yaxalayacaqdır. Onların (həlak olmaq) vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?!”
Mədyən qövmünə də qardaşları Şueybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadətə layiq olan) məbudunuz yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir (bolluq) içində görürəm. Bununla belə sizi (hər tərəfdən) bürüyəcək bir günün əzabından qorxuram.
Onlar (istehza) ilə dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri məbudlardan, yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir?! Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”.
قال يا قوم ارايتم ان كنت على بينة من ربي ورزقني منه رزقا حسنا وما اريد ان اخالفكم الى ما انهاكم عنه ان اريد الا الاصلاح ما استطعت وما توفيقي الا بالله عليه توكلت واليه انيب ٨٨
O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, (mən ona qarşı asilik edərəmmi)?! Sizə qadağan buyurduğum şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən yalnız bacardığım qədər (sizi) islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyi ilədir. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam.
Ey qövmüm! Qoy Mənə qarşı olan düşmənçiliyiniz, Nuh qövmünün, yaxud Hud qövmünün, yaxud Saleh qövmünün başına gələnlərin eynisini sizin də başınıza gətirməsin. Lut qövmü də sizdən uzaq deyildir”.
Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”.
O dedi: “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir ki, siz Onu saymayıb unudursunuz?! Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir.
Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu tezliklə biləcəksiniz. (Əzabı) gözləyin! Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm”.
Əmrimiz gəldikdə Şueybi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik. Zülm edənləri isə qorxunc səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar (həlak oldular).
Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə, Allahdan başqa tapındıqları bütlər onlara heç bir fayda verə bilmədi. (Əksinə,) onların ancaq ziyanını artırdı.
Şübhəsiz ki, bu deyilənlərdə, axirət əzabından qorxanlar üçün bir ibrət vardır. Bu, insanların bir yerə cəm ediləcəyi, həm də, hamının şahid olacağı bir gündür.
Qiyamət gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. (O gün) onlardan kimisi bədbəxt (Cəhənnəmlik), kimisi də xoşbəxt (Cənnətlik) olacaqdır.
Xoşbəxt olanlara gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin istədiyi (kimsələr) müstəsna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, tükənməz bir bəxşişdir.
Onların ibadət etdikləri (bütlərin) batil olmasına şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi (kor-koranə) ibadət edirlər. Şübhəsiz ki, Biz onların nəsibini əskiltmədən tam verəcəyik.
Biz Musaya Kitab (Tövrat) verdik, lakin onun barəsində də ixtilaf düşdü. Əgər Rəbbin tərəfindən əzəldən yazılmış bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, onlar (Quran) barəsində də şəkk-şübhə içindədirlər.
(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi doğru yolda ol. Səninlə birlikdə tövbə edənlər də doğru yolda olsunlar. Həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görür.
Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında doğru-düzgün namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri yuyub aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.
Kaş ki sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular və günahkar oldular.
Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. (Allah) onları bunun üçün (bu ixtilafla imtahan etmək üçün) yaratdı. Rəbbinin: “Mən Cəhənnəmi bütün (günahkar) cinlər və insanlarla dolduracağam!” sözü tamamilə yerinə yetdi.
Peyğəmbərlərin xəbərlərindən, qəlbini möhkəmləndirəcək hər bir xəbəri sənə söylədik. Bunda (bu surədə) sənə haqq, möminlərə də öyüd-nəsihət və xatırlatma gəlmişdir.
Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin sizin etdiklərinizdən qafil deyildir.