Biz, əvvəlki ümmətlərə peyğəmbərlər göndərdiyimiz kimi, səni də bir ümmətə peyğəmbər göndərdik ki, onlar Rəhmanı inkar etdikləri halda, sənə vəhy etdiyimiz (Quranı) onlara oxuyasan. De: “O, mənim Rəbbimdir. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Mən yalnız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”.