Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişib, dillərini əyərək və dinə tənə vuraraq: “Eşitdik və asi olduq”, “eşit, eşitməz olasan” və “raina! (bizə qayğı göstər!)" – deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik”, “eşit” və “bizə nəzər yetir!”– desəydilər, əlbəttə, (bu) onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları küfrlərinə görə lənətlədi. Onların yalnız az bir qismi iman gətirər.