(İsrail oğulları) verdikləri əhdi pozduqlarına görə, Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar (kitabda olan) kəlmələrin yerlərini dəyişib, onlar (özlərinə) öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi müstəsna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər.