Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman (keçmiş ərləri ilə) öz aralarında xoşluqla razılığa gəldikləri təqdirdə, o qadınlara yenidən (əvvəlki) ərlərinə ərə getməyə mane olmayın. Bu, sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu, sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz.