Biz istəsəydik, bu ayələrlə onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və nəfsinin istəyinə tabe oldu. Onun məsəli, qovsan da qovmasan da dilini çıxardıb ləhləyən itin məsəlinə bənzəyir. Ayələrimizi yalan sayan qövmün məsəli də belədir. Bu əhvalatları (İsrail oğullarına) danış ki, bəlkə düşünsünlər.